20 Aprel 2025
Azərbaycanlı tələbə Almaniyada İTKİN DÜŞDÜ - FOTO

Azərbaycanlı tələbə Almaniyada İTKİN DÜŞDÜ - FOTO

Azərbaycanlı tələbə Almaniyada İTKİN DÜŞDÜ - FOTO

17 Oktyabr 2024 12:21 | Baxış sayı: 295

Almaniyada yaşayan azərbaycanlı tələbə Tamerlan Təhməzov itkin düşüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Lent.az-a həmin ölkədə yaşayan həmyerlilərimiz məlumat veriblər.

Bildirilir ki, T. Təhməzov Berlin şəhərində doktorantura üzrə təhsil alır. O, bir neçə gündür, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.

Həmçinin qeyd olunub ki, son günlər Tamerlanda psixoloji problemlər yaranıb, hətta yaşadığı yerə də getməyib.

Onun tapılması üçün polisə müraciət edilib. Hazırda tədbirlər görülür.