SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycanlı milyarder Ağalarovun şirkəti “Krokus” terror aktında zərərçəkmiş kimi tanınıb
11 Fevral 2025 21:30 | Baxış sayı: 476
Azərbaycanlı milyarder Araz Ağalarova məxsus “Crocus International” şirkəti “Crocus City Hall” konsert zalında “Piknik” qrupunun çıxışı zamanı baş vermiş terror aktı üzrə zərərçəkmiş kimi tanınıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TASS-ın araşdırdığı iş materiallarında deyilir.
Cinayət-Prosessual Məcəlləsinə əsasən, zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tam tanış olmaq, məhkəmə iclasında iştirak etmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırmaq hüququ vardır. Hüquqi şəxs zərərçəkmiş kimi tanındıqda, bütün bu hüquqlarını nümayəndəsi vasitəsilə həyata keçirir.
Daha əvvəl bildirilmişdi ki, Rusiya İstintaq Komitəsi Krasnoqorskdakı Crocus City Hall konsert zalında baş vermiş terror aktı ilə bağlı araşdırmanı başa çatdırıb;