SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlAzərbaycanlı məşhur müğənninin oğlu Los-Ancelesdəki evini qoyub qaçmalı oldu
10 Yanvar 2025 09:11 | Baxış sayı: 479
"Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan yatmamışam".
Oxu.Az xəbər verir ki, bu barədə müğənni Nura Suri "Facebook" hesabında paylaşım edib.
Müğənni bildirib ki, oğlu təxliyə edilib.
Qeyd edək ki, müğənninin iki oğlu uzun müddətdir, Los-Ancelesdə yaşayır.
ABŞ-də meşə yanğınları yanvarın 7-də başlayıb. Los-Ancelesdə yüzminlərlə insan evini tərk etməli olub. Bir neçə ölkənin konsulluqları bağlanıb. Orada yaşayan bəzi azərbaycanlı ailələri Bakıya qayıtmağa məcbur olublar.