20 Aprel 2025
Azərbaycanlı biznesmenin məşhur kafesi SÖKÜLDÜ

Azərbaycanlı biznesmenin məşhur kafesi SÖKÜLDÜ

Azərbaycanlı biznesmenin məşhur kafesi SÖKÜLDÜ

26 Fevral 2025 10:41 | Baxış sayı: 323

Rusiyanın Kurqan vilayətində İrtış yolunun 263-cü kilometrliyində qanunsuz tikilmiş “Abşeron” kafesinin söküntüsünə başlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, ərazidə ekskavator və yük maşınları işləyir və müəssisənin binalarını dağıtmağa başlayır.

Qeyd olunub ki, “Abşeron” kafesi Kurqan meriyası büdcəsi hesabına sökülür. Əsaslı Tikinti İdarəsi ictimai iaşə obyektinin sökülməsi üçün 600 min rubl (təxminən 11 min 821 manat) dəyərində müqavilə imzalayıb. Bildirilir ki, magistral yolun üzərindəki müəssisə qanunsuz tikilib. Onun sahibi azərbaycanlı iş adamıdır.