20 Aprel 2025
Azərbaycanlı artist gənc yaşda VƏFAT ETDİ - FOTO

Azərbaycanlı artist gənc yaşda VƏFAT ETDİ - FOTO

Azərbaycanlı artist gənc yaşda VƏFAT ETDİ - FOTO

15 Avqust 2023 10:35 | Baxış sayı: 817

Müğənni Elnarə Xəlilovanın tələbəsi vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda ifaçı özü məlumat yayıb. Müğənni bildirib ki, xərçəngdən əziyyət çəkən tələbəsi Kubra vəfat edib:

"Keçən il bu vaxt sənin şəklini paylaşıb hər kəsdən əməliyyat üçün yardım istədik. Haqqınızı halal edin, dostlar, Kubramız bu gün haqqın rəhmətinə qovuşdu. Qisməti belə imiş. Allah rəhmət eləsin. Allah valideynlərinə, bacı və qardaşına, yaxınlarına səbr versin".

E.Xəlilova mərhumun apreldə lentə alınan videosunu paylaşaraq bu sözləri yazib: "Video apreldə çəkilib. O cür şaqraq səsi olan, "Gülçöhrə"nin ariyasını oxuyanda pəncərələr titrədən Kubramızın bu videoda artıq səsi çıxmırdı. Beynində şiş var idi. Nə qədər əməliyyat, kimya oldusa, xeyri olmadı. Taleyi belə yazılıbmış, canı qurtardı, mələk oldu" sözlərini əlavə edib.