20 Aprel 2025
Azərbaycanlı 2 zəvvar Kərbəla ziyarətində ÖLDÜ - FOTO

Azərbaycanlı 2 zəvvar Kərbəla ziyarətində ÖLDÜ - FOTO

Azərbaycanlı 2 zəvvar Kərbəla ziyarətində ÖLDÜ - FOTO

23 Avqust 2024 10:54 | Baxış sayı: 395

Azərbaycanlı zəvvarlar İraqda dünyalarını dəyişiblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Göyçay rayon sakini olan Kərbəlayi Elşən və Seyid Hacı Rafiq kimi tanınan şəxslər Kərbəla şəhərinə piyada daxil olarkən ölüblər.

Onlar elə həmin şəhərdə yerləşən İmam Hüseyn ziyarətgahının əcnəbilər üçün olan qəbiristanlığında dəfn olunublar. Dəfnin bütün xərclərini şəhərdə yerləşən ziyarətgah kompleksləri öz üzərlərinə götürüblər.

Qeyd edək ki, Kərbəla ziyarəti zamanı zəvvarlar Nəcəf şəhərindən Kərbəla şəhərinə 80 km yolu piyada qət edirlər.

(lent.az)