İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
3 dəqiqə əvvəlAzərbaycanın Milli Qəhrəmanları - Kimlər həyatdadır? + SİYAHI
27 İyun 2024 15:05 | Baxış sayı: 466
Azərbaycanda Milli Qəhrəmanların sayı ümumilikdə 221-dir. Bu yüksək fəxri ada layiq görülmüş şəxslər Vətən uğrunda göstərdikləri böyük igidlik və qəhrəmanlığa görə təltif olunublar.
AJMEDİA.İNFO baku.ws-ə istinadən xəbər verir ki, indiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.
Milli Qəhrəmanlardan 205-ü şəhid olub, yəni vətən uğrunda canlarını fəda ediblər. Onlar Azərbaycan tarixində əbədi olaraq qalan qəhrəmanlıq simvoludur və onların xatirəsi daim anılır.
Sonuncu dəfə Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. (ölümündən sonra).
Hazırda Azərbaycanın Milli Qəhrəmanından yalnız 14 nəfəri sağdır:
1. Bəxtiyar Allahverdiyev
2. İntiqam Atakişiyev
3. İbad Hüseynov
4. Vahid Quliyev
5. Şahin Tağıyev
6. Fəxrəddin Cəbrayılov
7. Ehtiram Əliyev
8. Fariz Qəhrəmanov
9. Mədət Quliyev
10. Mirzə Quliyev
11. Zabit Quliyev
12. Fariz Mədətov
13. Mövsüm Məmmədov
14. Sahil Məmmədov