Azərbaycanın məşhur turistik məkanında ÇÜRÜMÜŞ MEYİT TAPILDI
27 İyun 2023 13:05 | Baxış sayı: 707
Qaradağ rayonu ərazisində yerləşən Qobustan Milli Tarixi-bədii Qoruğunun ərazisində çürümüş meyit aşkarlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AJMEDİA.İNFO-ya bildirilib ki, iyun ayının 26-da Qobustan Milli Tarixi-bədii Qoruğunun ərazisində çürümüş insan meyitinin aşkarlanması faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.