20 Aprel 2025
Azərbaycanın İrandakı konsulluğu qarşısında etiraz aksiyası keçirilib

Azərbaycanın İrandakı konsulluğu qarşısında etiraz aksiyası keçirilib

Azərbaycanın İrandakı konsulluğu qarşısında etiraz aksiyası keçirilib

01 Aprel 2023 06:28 | Baxış sayı: 556

Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, nümayişçilər Azərbaycanın İsraildəki səfirliyinin bağlanmasını tələb ediblər.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Azərbaycanı İsraillə anti-İran əməkdaşlığını izah etməyə çağırıb. O, əlavə edib ki, İran sionist rejimin Azərbaycan ərazisindən ona qarşı sui-qəsdinə biganə qala bilməz.

Bildiririk ki, Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.