HƏMAS İsrailin Təl-Əviv şəhərinə raket ATDI
6 saat əvvəlAzərbaycanın idxal etdiyi BU MƏHSULDA bakteriya AŞKARLANDI
13 Sentyabr 2024 16:20 | Baxış sayı: 359
Azərbaycana idxal olunan hind quşu subməhsulunda salmonella bakteriyası aşkarlanıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, “TFL-CO.” MMC-nin Rusiyadan idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan üç hind quşu subməhsulu partiyasından götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.