20 Aprel 2025
Azərbaycanın Gürcüstandakı fövqalədə və səlahiyyətli səfiri cənab Faiq Quliyev işgüzar görüş çərçivəsində “Magen David Group” - un nümayəndələrini qəbul edib - FOTO

18 Dekabr 2023 18:29 | Baxış sayı: 734

“Magen David Group” - un nümayəndələri, “Magen David International Center” for Women direktoru Aygün Əhmədova, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin idarə heyətinin sədri Aygün Ağamalı, idarə heyətinin üzvləri- icraçı direktor, Azərbaycan - Ukranya Beynəlxalq Alyansın sədr müavini, Alyansın Qadınlar Şurasının sədri
Sevinc Həsənova və hüquq departamentinin rəhbəri Nəzakət Mahmudova 13-16 dekabr 2023- cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərinə səfər ediblər.

Magen David Group-un sözgüsü Vitalik İsakovun AJMEDİA.İNFO-a verdiyi məlumata görə səfər çərçivəsində ilk öncə “Magen David Group” - un nümayəndələri, Ümumilli Lider Heydər Əliyevin Tbilisi şəhərində ucaldılan büstünü ziyarət ediblər.
Daha sonra, Azərbaycanın Gürcüstandakı fövqalədə və səlahiyyətli səfiri cənab Faiq Quliyev və nümayəndə heyətimiz arasında işgüzar görüş təşkil edilib.

Görüş çərçivəsində Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və qonşuluq əlaqələrinin dünyada nümunə olması, ölkələrimiz arasındakı münasibətlər və birgə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndələrimiz səfirliyin dəvəti ilə Tbilisi şəhərində yerləşən Axundov kitabxanasının fəaliyyəti ilə tanış olaraq və təşkil edilən görüşdə iştirak ediblər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də danışılıb.