20 Aprel 2025
Azərbaycanın bu rayonları üçün sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ - DİQQƏT!

Azərbaycanın bu rayonları üçün sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ - DİQQƏT!

Azərbaycanın bu rayonları üçün sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ - DİQQƏT!

05 İyul 2024 13:50 | Baxış sayı: 393

İyulun 6-sı axşamdan 8-i gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

AJMEDİA.İNFO bildirir ki, sarı xəbərdarlığa uyğun olaraq Sədərək, Şərur, Kəngərli, Ağstafa, Qazax, Şəmkir, Tovuz, Samux, Gədəbəy, Bərdə, Tərtər, Göygöl, Ağdam, Yevlax, Mingəçevir, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qaxda fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Culfa, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.