İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlAzərbaycanın axtarışa verdiyi xainlər İranda həbs edildi
28 Aprel 2023 06:03 | Baxış sayı: 656
İranın qeyri rəsmi sayılan lakin hökumətə bağlı "Azəriha" saytı yazır ki, Orxan Məmmədov və Tohid İbrahimbəyli həbs ediliblər.
Bu barədə İran telegram kanallarında məlumat yayılıb.
Xəbərə görə, onların beş gün öncə Qumda həbs edildiyi deyilir.
Qeyd edək ki, bu iki şəxs Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən rəsmi axtarışdadır. Onlar illər öncə İrana keçib və "Hüseyniyun" adlı, din adı altında terror qruplaşması yaradıb və Azərbaycan Respublikası dövlətçiliyinə zidd təbliğatla məşğul olublar. musavat.com