SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“Azərbaycanın 86,6 min km² ərazisini tanıyırıq” - Paşinyan
17 May 2023 13:15 | Baxış sayı: 435
“Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır”.
AJMEDİA.İNFO “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı deyib.
O, mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşü xatırladıb: “Üç gün əvvəl Brüsseldə irəliləyiş əldə etdik və qeyd olundu ki, Ermənistan 86,6 min km² ərazisi olan Azərbaycanın bütövlüyünü, Azərbaycan da, öz növbəsində 29,8 min km² ərazisi olan Ermənistanın bütövlüyünü tanıyır”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, bununla da Ermənistan rəhbərliyindən ilk dəfə N. Paşinyan Azərbaycanın suverenliyini tanıdığını bəyan edib.