20 Aprel 2025
“Azərbaycandakı həbslər dərin narahatlıq doğurur” – ABŞ Dövlət Departamenti

“Azərbaycandakı həbslər dərin narahatlıq doğurur” – ABŞ Dövlət Departamenti

“Azərbaycandakı həbslər dərin narahatlıq doğurur” – ABŞ Dövlət Departamenti

20 Dekabr 2023 18:57 | Baxış sayı: 655

“Azərbaycanda son vaxtlar jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin həbsi tendensiyası dərin narahatlıq doğurur”.
AJMEDİA.İNFO
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib.
O bildirib ki, təkcə son bir ayda ondan çox belə şəxs saxlanılıb.
“Bu, qəbuledilməzdir və biz Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, habelə haqsız yerə həbs edilmiş bütün şəxslərin tez bir zamanda azad edilməsinə çağırmaqda davam edəcəyik”, - Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri qeyd edib.Yeniavaz.com