SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda zəncirvari QƏZA: Maşınlar toqquşdu, piyada yaralandı
22 Aprel 2023 07:35 | Baxış sayı: 635
Şəkidə zəncirvari yol qəzası baş verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov AJMEDİA.İNFO-ya bildirib ki, hadisə bu gün səhər saat 09:35 radələrində 5 avtomobilin iştirakı ilə baş verib:
"Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir".
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.