İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
13 dəqiqə əvvəlAzərbaycanda yüksək vəzifəyə TƏYİNATLAR OLDU - FOTO
07 Yanvar 2025 10:30 | Baxış sayı: 754
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov qərarlar imzalayıb.
Qərarlara əsasən, Ülvin Emin oğlu Əliyev AMB sədrinin müşaviri, Fuad Fərman oğlu İsayev isə Mərkəzi Bankın baş direktoru təyin olunub.
Qeyd edək ki, Ülvin Əliyev yeni vəzifəsinə qədər Mərkəzi Bankın sədrinin ofisində sədrin köməkçisi, Korporativ idarəetmə və katiblik departamentində Sədrin ofisi şöbəsinin rəisi, daha sonra isə Sədrin ofisi departamentinin direktoru vəzifələrində çalışıb.
Fuad İsayev isə bu təyinatadək 2020-2024-ci illər ərzində Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.