SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda yüksək vəzifəyə İKİ YENİ TƏYİNAT - FOTO
17 Yanvar 2024 11:41 | Baxış sayı: 505
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub. Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə, Cavid Abdullayev “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə təyin edilib.
Bu barədə AJMEDİA.İNFO-ya ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb. O, ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Nazirlik sözçüsü bildirib ki, digər təyinatla “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə təyin olunan C. Abdullayev daha əvvəl ASC-nin sədr müavini işləyib. O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.