SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAzərbaycanda yüksək rütbəli məmurun oğlundan ŞOK ƏMƏL - Anasını BIÇAQLADI
23 Oktyabr 2023 11:33 | Baxış sayı: 723
Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, 2006-cı il təvəllüdlü K. H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü S. Heybətovanı bıçaqlayıb.
Daha sonra o, anasını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.