SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda yol polisi PİYADANI VURDU
16 Yanvar 2023 09:37 | Baxış sayı: 639
Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.
AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.
Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı "BMW” markalı avtomobil vurub.
Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.