SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlAzərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ
19 Aprel 2023 08:50 | Baxış sayı: 458
Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəlki qərara əsasən, xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılmışdı.