20 Aprel 2025
Azərbaycanda xüsusi həbsxana tikiləcək - zərurət

Azərbaycanda xüsusi həbsxana tikiləcək - zərurət

Azərbaycanda xüsusi həbsxana tikiləcək - zərurət

05 Mart 2024 06:07 | Baxış sayı: 519

Təkliflər var ki, təhlükə törətməyən cinayətlərə yol vermiş 18-24 yaş kateqoriyasında olan şəxslərin cəza çəkməsi üçün ayrıca bir cəzaçəkmə müəssisəsi yaradılsın

Təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir. Xəbər verildiyi kimi, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.

Söhbət hansı “xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayətlər”dən gedir? Belə həbsxananın inşası hansı zərurətdən doğub və məhbusların islahı məsələsinə onun hansı pozitiv təsirləri mümkündür?