20 Aprel 2025
Azərbaycanda xəmirdən düyü hazırlanıb satılır? - AÇIQLAMA

Azərbaycanda xəmirdən düyü hazırlanıb satılır? - AÇIQLAMA

Azərbaycanda xəmirdən düyü hazırlanıb satılır? - AÇIQLAMA

08 İyun 2023 13:00 | Baxış sayı: 633

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda xəmirdən düyü hazırlanması və satılması ilə bağlı yayılan məsələyə münasibət bildirib.

AJMEDİA.İNFO-nun Oxu.Az-a istinadən məlumatına görə, sədr jurnalistlərə açıqlamasında bildirib ki, agentlik tərəfindən aparılan monitorinqlərdə bu hala rast gəlinməyib:

“Hər bir məhsul kimi, düyünün də genetik daşıyıcısı var. O, plastik və xəmirdən olarsa, DNT-si ola bilməz. Düyü ilə bağlı bu cür məlumatlar yalandır. Düyü xalisdir”.