İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlAzərbaycanda vəzifəli şəxs qəzada öldü
01 Fevral 2024 09:50 | Baxış sayı: 556
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb.
Goranboy rayon Todan kənd sakini Ağamalı Məmmədovun idarə etdiyi avtomobillə Gəncə sakini Samir Qarayevin sürdüyü maşın toqquşub. Nəticədə A.Məmmədovun avtomobilində olan sərnişin, 1969-ci il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qəzada həyatını itirən Şirin İbrahimov Todan Bələdiyyəsinin sədri vəzifəsində çalışırmış.