23 Aprel 2025
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ - FOTO

Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ - FOTO

Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ - FOTO

23 Aprel 2025 11:53 | Baxış sayı: 227

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.


AJMEDİA.İNFO Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.


Daha sonra Q.Təhməzlinin müvafiq Əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib.


Onun vəzifəsi Agentliyin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan təsdiq edilib.


Z. Kərimovun istefa vermə səbəbi bəlli deyil.


Qeyd edək ki, AQTA-nın Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından biri hesab edilir.

zaur-kerimov-istefa-verdi