20 Aprel 2025
Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

11 Sentyabr 2023 09:11 | Baxış sayı: 677

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.

AJMEDİA.İNFO-nun məlumatına görə, Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

“Rüfət Həsənov yaradıcı fəaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb”, - deyə nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.