SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlAzərbaycanda un BAHALAŞDI: Çörəyin qiyməti ARTACAQ?
22 May 2024 14:09 | Baxış sayı: 737
Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.
Bu artım ölkədə çörəyin qiymətinə təsir göstərəcək?
AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, çörəyin qiymətində hələki bahalaşma olmayacaq:
"Bahalaşma var, amma ciddi deyil. Ona görə də, çörəyin qiymətinin qalxması gözlənilmir. Amma ciddi bahalaşma olsa, qiymətə təsir edə bilər.
Fevral-mart aylarında çörəyin qiyməti kəskin ucuzlaşmışdı. Mayın əvvəlində bu ucuzlaşma aradan qalxdı. Çünki, çörəyin maya dəyərində təkcə un iştirak eləmir. Burada işçilik, logistik xərclər, digər daşıma xərcləri də rol oynayır".