SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAzərbaycanda toy karvanında FACİƏ: Bir ailədən 3 nəfər ÖLDÜ
12 Yanvar 2023 13:00 | Baxış sayı: 608
Ağcabədidə ağır yol qəzası baş verib.
AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.
Toy karvanı ilə hərəkət edən “VAZ 2107” markalı avtomobil “ Mercedes” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölənlər - 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğludur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən və xəsarət alan şəxslər toya gedirlərmiş.