SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAzərbaycanda “TikTok” istifadəçiləri VERGİ ÖDƏYƏCƏK
10 Sentyabr 2024 13:34 | Baxış sayı: 299
Azərbaycan və “TikTok” arasında kontent monetizasiyasından əldə edilən gəlirlərin vergiyə cəlb olunması ilə bağlı danışıqlar son mərhələdədir.
AJMEDİA.İNFO SAVASH.MEDİA-ya istinadən xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “Chain Reaction 2024” forumu çərçivəsində keçirilən “Rəqəmsal və metakainat iqtisadiyyatına giriş” adlı panel müzakirəsi zamanı bildirib.
“TikTok” istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm bir hissəsini təşkil edir.(https://www.savash.media/az%c9%99rbaycanda-tiktok-istifad%c9%99cil%c9%99ri-vergi-od%c9%99y%c9%99c%c9%99k/)
“Son illərdə Azərbaycan milli biznesin rəqabət qabiliyyətini artırmağa və onu yeni səviyyəyə çıxarmağa aktiv şəkildə çalışır, sahibkarlara dəstək olmaq üçün zəruri alət və infrastrukturu təmin edir. Dövlət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bu məqsədlərə yalnız kiçik və orta müəssisələrin dəstəklənməsi deyil, eyni zamanda effektiv rəqəmsal ekosistemin yaradılması da daxildir. Bu sistemdə məlumatların emalı mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır,” – deyə o qeyd edib.