20 Aprel 2025
Azərbaycanda temperatur 10 dərəcə enəcək, qar yağacaq - BU TARİXDƏN

Azərbaycanda temperatur 10 dərəcə enəcək, qar yağacaq - BU TARİXDƏN

Azərbaycanda temperatur 10 dərəcə enəcək, qar yağacaq - BU TARİXDƏN

10 Oktyabr 2024 14:45 | Baxış sayı: 407

Hava şəraitilə bağlı növbəti xəbərdarlıq edilib.


Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında oktyabrın 11-i gündüzdən 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.


Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.


Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.