İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
13 dəqiqə əvvəlAzərbaycanda tələbə nişan mərasimi zamanı VƏFAT ETDİ - FOTO
11 Oktyabr 2024 14:14 | Baxış sayı: 431
Naxçıvan Dövlət Universitetinin məzunu, 2001- ci il təvəllüdlü Sərvət İbrahimov dünən axşam saatlarında vəfat edib.
AJMEDİA.İNFO Unikal-a istinadla xəbər verir ki, Bakı Musiqi Akademiyasının magistr tələbəsi olan S.İbrahimovun dünən nişan mərasimi zamanı qəflətən halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.
Qeyd edək ki, Sərvət bu il ali təhsil aldığı Naxçıvan Dövlət Universitetini ən yüksək akademik göstəricilərlə başa vurub, Bakı Musiqi Akademiyasının magistrantı adını qazanıb.