SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlAzərbaycanda tələbə məzun olduğu gün TOY ETDİ - VİDEO
26 İyun 2023 12:08 | Baxış sayı: 618
Bakı Humanitar Kollecinin tələbəsi məzun olduğu gün toy edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilir ki, şənlik 2 gün öncə - iyunun 24-ü qeyd olunub.
Məlumata görə, məktəbəqədər təlim və tərbiyə ixtisasının məzunu olan xanım eyni gündə həm də toyunu qeyd edib. Cütlük bəy-gəlin libasında məzun tədbirində iştirak etdikdən sonra toy mərasiminə qayıdıb.
Məzun günündə 2006-2016-cı illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə çalışmış Respublikanın Xalq artisti Gülyaz Məmmədova da iştirak edib və onlara mahnı həsr edib.
Sözügedən görüntüləri təqdim edirik.