Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
5 saat əvvəlAzərbaycanda tələbə HƏBS EDİLDİ
08 Fevral 2024 07:11 | Baxış sayı: 664
Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.
Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.
İttihama əsasən, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə və söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.
Barəsində Xətai RPİ-nin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib. (Qafqazinfo)