20 Aprel 2025
Azərbaycanda tanınmış professor VƏFAT ETDİ - FOTO

Azərbaycanda tanınmış professor VƏFAT ETDİ - FOTO

Azərbaycanda tanınmış professor VƏFAT ETDİ - FOTO

29 Dekabr 2023 11:20 | Baxış sayı: 687

Bakıda professor vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru Azər Əhmədov dünyasını dəyişib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Azər İnşalla oğlu Əhmədov 29 aprel 1964-cü ildə anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirib. 1992-1995-ci illərdə Fizika fakültəsinin Nəzəri Fizika kafedrasının aspirantı olub.

1996-cı ildə namizədlik, 2016-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2007-2022-ci illərdə Nəzəri Fizika kafedrasında dosent, 2022-ci ildən isə professor vəzifəsində çalışıb.