20 Aprel 2025
Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

14 May 2024 07:06 | Baxış sayı: 378

Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalova vəfat edib.

AJMEDİA.İNFO "Aztibb.az"a istinadən xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.

Sevinc Zeynalova 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, 1995-1996-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.

O, 1996-cı ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi çalışıb.