İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
14 dəqiqə əvvəlAzərbaycanda tanınmış həkim İNTİHAR ETDİ - FOTO
24 Aprel 2024 10:27 | Baxış sayı: 572
Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.
AJMEDİA.İNFO xəbər verir ki, hadisə aprelin 24-də, mərhumun Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə qeydə alınıb. 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Qeyd edək ki, Nəsib Quliyev 2020-ci ildə yaş həddi ilə əlaqədar vəzifədən azad edilmişdi.(qafqazinfo)