20 Aprel 2025
Azərbaycanda tam orta təhsili bitirməyənlər ən çox hansı bölgələrdədir?

Azərbaycanda tam orta təhsili bitirməyənlər ən çox hansı bölgələrdədir?

Azərbaycanda tam orta təhsili bitirməyənlər ən çox hansı bölgələrdədir?

04 Yanvar 2025 10:40 | Baxış sayı: 874

Azərbaycanda tam orta təhsilin son sinfini bitirmiş şəxslərin xüsusi çəkisi 83,4 faiz olub.

Bu barədə Dövlət Statistika Komitəsinin "Dayanıqlı İnkişaf Məqsədləri" statistik icmalından məlumat əldə edilib.

Bildirilir ki, oğlanlar üzrə bu göstərici 85,9 faiz, qızlar üzrə 80,6 faiz təşkil edib.

Regionlar üzrə ən aşağı göstərici Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınıb. Belə ki, iqtisadi rayonda tam orta təhsilin son sinfini bitirmiş şəxslərin xüsusi çəkisi 65,9 faiz təşkil edib. Bakı şəhərində bu göstərici 90.4 faiz, Naxçıvan Muxtar Respublikasında 77.8, Gəncə-Daşkəsən iqtisadi rayonunda 94.1, Qarabağ iqtisadi rayonunda 69.7 faizdir.