20 Aprel 2025
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi

Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi

Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi

26 Noyabr 2024 14:17 | Baxış sayı: 344

Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda taksidən 69 milyon 588,7 min sərnişin istifadə edib.
AJMEDİA.İNFO Yeniavaz.com-a açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, taksidən istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azalıb.

Məlumat üçün qeyd edək ki, bu ilin oktyabr ayında Azərbaycanda taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 6 manat 60 qəpik olub. Ötən ilin eyni dövrü ilə müqayisədə taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 1 manat 5 qəpik və ya 19% artıb.