Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI
7 saat əvvəlAzərbaycanda sürücülər ən çox bu sığorta şirkətlərindən narazıdırlar – Siyahı
11 Dekabr 2024 11:00 | Baxış sayı: 360
Avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkətlərinin adları açıqlanıb.
AJMEDİA.İNFO Yeniavaz.com-a istinadən xəbər verir ki, ən çox şikayət olunan şirkətlərin siyahısını Mərkəzi Bank dərc edib.
Mərkəzi Bankdan verilən sonuncu məlumatda bildirilir ki, avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkəti “Bakı Sığorta” ASC olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank müştərilərin şikayətləri əsasında şikayət indeksi tərtib edib. Ən yüksək şikayət indeksi də “Bakı Sığorta” ASC-yə verilib.
Ən çox şikayət olunan şirkətlərin ilk 3-lüyünü “Xalq Sığorta” ASC və “Paşa Sığorta” ASC tamamlayır.
Ümumilikdə isə müştərilər avtomobillərin icbari sığortası üzrə 8 şirkətdən şikayətçi olublar.
Qeyd edək ki, hazırda Azərbaycanda 17 sığorta şirkəti fəaliyyət göstərir.
Barəsində ən çox şikayət edilən şirkətlərin sıralaması aşağıdakı kimi olub: