SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda sayt rəhbəri və oğlu HƏBS EDİLDİ - FOTO
31 Oktyabr 2024 11:45 | Baxış sayı: 240
Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunublar.
AJMEDİA.İNFO xəbər verir ki, onların ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.
Sayt rəhbəri İlham Həsənov və oğlu Renar Həsənov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.
Faktla bağlı cinayət işi başlanıb, onların barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.