SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda sabiq millət vəkili HƏBS EDİLDİ - ŞOK SƏBƏB
05 İyul 2023 12:56 | Baxış sayı: 5907
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən keçmiş deputat Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbiri seçilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərara çıxarıb.
Qərara əsasən, N.Bəydəmirlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, vətəndaş polisə müraciət edərək sabiq deputat N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də sabiq deputata 10 min manat versə də, N.Bəydəmirli qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib. Daha sonra N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb.(Report)