Bu ailələrə 300 manatdan çox müavinət veriləcək
13 dəqiqə əvvəlAzərbaycanda qızıl UCUZLAŞDI - Yeni QİYMƏT görün neçə oldu
17 Yanvar 2025 12:10 | Baxış sayı: 703
Azərbaycanda qızıl ucuzlaşıb.
AJMEDİA.İNFO xəbər verir ki, bazardakı mənbənin Milli.Az-a verdiyi məlumata görə, 585 əyarlı türk qızılları 110-120 manat arası, italiyan qızılları isə 150-160 manat civarındadır. Təxminən 10-15 gün əvvəlki qiymətlərlə indiki qiymətlər arasında fərq var.
Alıcılar da qiymətin keçən aya nisbətən aşağı olduğun bildirirlər. Amma ucuzlaşma qızıl bazarında canlanmaya səbəb olmayıb. Satıcılar alıcıların bazarda az olduğun bildiriblər.
Qeyd edək ki, ucuzlaşma dünya bazarındakı vəziyyətlə əlaqədardır.