20 Aprel 2025
Azərbaycanda qadınların sayı azalır – Rəsmi statistika

Azərbaycanda qadınların sayı azalır – Rəsmi statistika

Azərbaycanda qadınların sayı azalır – Rəsmi statistika

15 Aprel 2025 14:27 | Baxış sayı: 358

Bu ilin mart ayının 1-ə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 10 milyon 230 min 666 nəfər olub.
AJMEDİA.İNFO açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin 49,8%-ni (5 milyon 94 min 871 nəfər) kişilər, 50,2%-ni isə (5 milyon 135 min 795 nəfər) qadınlar təşkil edir.

Qeyd edək ki, hər 1000 kişiyə düşən qadın sayı 1008 olub.

Məlumat üçün bildirək ki, Azərbaycanın müstəqillik əldə etdiyi 1991-ci ildə hər 1000 kişiyə düşən qadın sayı 1048 olub. Həmin il Azərbaycan əhalisinin 48,8%-ni (3 milyon 524,1 min nəfər) kişilər, 51,2%-ni isə (3 milyon 694,4 min nəfər) qadınlar təşkil edib.

Açıqlanan məlumatlardan da göründüyü kimi, son 34 il ərzində Azərbaycanda kişilərin sayı 44,6% artdığı halda, qadınların sayı cəmi 28% artıb.//yeniavaz.com