SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda polkovnik QƏFİL ÖLDÜ - FOTO
10 İyun 2024 07:49 | Baxış sayı: 422
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəxsi heyət üzrə İdarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov dünyasını dəyişib.
AJMEDİA.İNFO Unikal.az-a istinadən xəbər verir ki, o, ürəktutmasından vəfat edib.
1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.
Qeyd edək ki, mərhum polkovnikin iyun ayının 24-də 47 yaşı olacaqdı.