SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlAzərbaycanda pensiya artırılır - Əhalinin NƏZƏRİNƏ!
18 Noyabr 2024 11:44 | Baxış sayı: 274
“Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 270 manatdan artırılaraq 280 manat olacağı nəzərdə tutulur”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.
“Sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 812 milyon manat vəsait nəzərdə tutulub. Bu da 9.6% artım deməkdir”, - deyə nazir qeyd edib.