SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlAzərbaycanda partlayış oldu - Xəsarət alan var
11 Fevral 2025 15:57 | Baxış sayı: 453
Gəncədə evdə qaz sızmasından partlayış olub.
AJMEDİA.İNFO APA- ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Eldar Həsənov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun Bakıdakı Yanıq Mərkəzinə göndərilməsi nəzərdə tutulub.
İlkin məlumata görə, E.Həsənovun yaşadığı evin hamamında qaz sızması nəticəsində su qızdırıcısı partlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.