19 Aprel 2025
Azərbaycanda nazir VƏZİFƏDƏN AZAD EDİLDİ - YENİ TƏYİNAT

Azərbaycanda nazir VƏZİFƏDƏN AZAD EDİLDİ - YENİ TƏYİNAT

Azərbaycanda nazir VƏZİFƏDƏN AZAD EDİLDİ - YENİ TƏYİNAT

16 Mart 2023 06:50 | Baxış sayı: 1256

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.

AJMEDİA.İNFO "Report"a istinadən bildirir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim edəcək.