20 Aprel 2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

22 Avqust 2024 07:47 | Baxış sayı: 357

Bu günə qədər TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib.

    Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.

    Hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.