SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq
01 Fevral 2025 08:00 | Baxış sayı: 492
Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.
AJMEDIA.INFO bildirir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin.
Ceyhun Məmmədov bildirib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır.
O da bildirilib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.
Daha ətraflı videomaterialı təqdim edirik.//Xəzər TV