SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycanda meyitlərin yandırılması üçün mərkəz YARADILACAQ
01 Fevral 2025 10:17 | Baxış sayı: 322
Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.
AJMEDİA.İNFO Xəzər Tv-yə istinadən xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin.
Ceyhun Məmmədov bildirib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır.
O da bildirilib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.
Mövzu ilə bağlı daha ətraflı videoda: